Medianews.az
Atraksionda dəhşət:
63 baxış

Atraksionda dəhşət: 5 saat 30 metr hündürlükdə qaldılar

ABŞ-də əyləncə parkında atraksion qırılıb və səkkiz tələbə təxminən 30 metr hündürlükdə 5 saat köməksiz qalıb.

Medianews.az xəbər verir ki, hadisə Texas ştatının Qalveston şəhərində yerləşən “Pleasure Pier” parkında baş verib.

Xilasedicilər təxminən yarım saat sonra hadisə yerinə gəliblər və avtokran vasitəsilə insanları bir-bir aşağı endiriblər. Bütün sərnişinlər təxminən 5 saatdan sonra xilas edilib.

Yaralanan olmayıb, amma bəzi tələbələrdə günəş altında uzun müddət qaldıqları üçün susuzlaşma müşahidə olunub. Hadisənin səbəbi hələ araşdırılır.

Medianews.az

Bizə qoşulun