Medianews.az
Təhlükəli motosiklet şousu:
107 baxış

Təhlükəli motosiklet şousu: sürücü həyatını riskə atdı – VİDEO

Türkiyədə motosiklet sürücüsünün yolda etdiyi təhlükəli hərəkətlər narazılığa səbəb olub. Sürücü hərəkətdə olan motosikletin üzərinə uzanaraq irəliləyib və həm öz həyatını, həm də digər sürücüləri riskə atıb.

Medianews.az xəbər verir ki, hadisə Bursa şəhərinin Kestel rayonunda qeydə alınıb.

Qaydaları kobud şəkildə pozan sürücünün davranışı ətrafdakı insanların da etirazına səbəb olub.

Şahidlər bu cür hərəkətlərin qəzaya şərait yaratdığını bildirərək, yalnız cərimələrin kifayət etmədiyini vurğulayıblar. Onların fikrincə, belə hallarda daha sərt tədbirlər, o cümlədən nəqliyyat vasitəsinin müsadirəsi tətbiq olunmalıdır.

Medianews.az

 

Bizə qoşulun