“Qızmar yay günlərində susuzluğu yatırmağın ən ideal yolu adi sudur”.
Medianews.az xəbər verir ki, bunu terapevt Aleksey Abızov deyib.
O bildirib ki, bədənin susuzlaşma riskinin qarşısını almaq üçün təmiz içməli su ən effektiv vasitədir:
"İsti havalarda susuzluğu təmiz su ilə yatırmaq lazımdır, çünki o, bədənin itirdiyi mayeni ən sürətli və təbii şəkildə bərpa edir".
Həkim, həmçinin ev şəraitində hazırlanan şəkərsiz içkilərə də üstünlük verməyi tövsiyə edib. Suyu daha dadlı və faydalı etmək üçün daxilinə giləmeyvə, limon, nanə əlavə etmək və ya bitki çayları içmək məsləhət görülür.
Medianews.az