"Real Madrid" və Belçika millisinin sabiq ulduzu Eden Azar İspaniya yığmasının vingeri Lamin Yamal haqqında danışıb.
Medianews.az xəbər verir ki, Azar gənc futbolçu ilə bənzərliyini və ondan gözləntilərini bu sözlərlə ifadə edib:
"O, mənə futbola indicə başladığım dövrləri xatırladır. Təxminən eyni yaşda idim və hamının məndən gözləntiləri çox böyük idi. Amma nəticə etibarilə, əgər o, meydanda yalnız özünəməxsus şəkildə həzz almağı bacarsa, əminəm ki, əla bir dünya çempionatı keçirəcək. Yamal insanların izləməkdən zövq aldığı futbolçulardandır. Futbolun məğzi də elə budur – sən özün zövq almalı və insanları xəyal qurmağa məcbur etməlisən".
Qeyd edək ki, 18 yaşlı Yamal DÇ-2026-da keçirdiyi 5 oyunda 1 qolla yadda qalıb. İspaniya millisi turnirin dörddəbir finalına yüksəlib və iyulun 10-da, cümə günü məhz Belçika yığması ilə qarşılaşacaq.
Medianews.az