Medianews.az
Subaylıq gecəsində faciə –
251 baxış

Subaylıq gecəsində faciə – Bəy səhvən dostunu güllələyib ÖLDÜRDÜ

ABŞ-də 22 yaşlı Nolan Deyn Angelin subaylıq gecəsi faciə ilə bitib. Bəy səhvən dostuna atəş açaraq ölümünə səbəb olub.

Medianews.az xəbər verir ki, faciə Broken Bou şəhərində baş verib.

Angel, qarşıdan gələn toyunu dostları ilə qeyd etmək üçün bir ev kirayələyib. Həmin gecə onun dostlarından biri qəfildən qapını döyüb. Bəy dərhal tapança götürərək qapını döyən şəxsin kimliyini bilmədən ona atəş açıb.

Çölə çıxdıqda gənclər 21 yaşlı Brayden Ullmanı eyvanda tapıblar. Güllə onun sinəsinə dəyib.

Ulman təcili xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər. Angel həbs edilib.

Medianews.az

Bizə qoşulun