Medianews.az
Sponsorlar təzyiq etdi: DÇ-də Kurasao millisinin baş məşqçisi o olacaq
80 baxış

Sponsorlar təzyiq etdi: DÇ-də Kurasao millisinin baş məşqçisi o olacaq

Dik Advokaat DÇ-2026-da Kurasao millisinin baş məşqçisi olacaq.

“Voetbal International” məlumat yayıb.

78 yaşlı məşqçi fevral ayında qızının səhhətindəki problemlər səbəbindən vəzifəsindən ayrılmışdı. Məlumata görə, qızının səhhəti yaxşılaşıb və bu da məşqçinin öz vəzifəsinə qayıtmasına imkan verib. Advokatın yoxluğunda Kurasao millisində başqa bir niderlandlı mütəxəssis Fred Rutten rəhbərlik edib.

Əvvəlcə Kurasao Futbol Federasiyasının rəhbərliyi Rutteni komandada saxlamaq istəyib, lakin ciddi müqavimətlə qarşılaşıb. Bir neçə nüfuzlu sponsor təzyiq göstərərək Advokatın geri qayıtmasının vacibliyini vurğulayıb və oyunçularla məsləhətləşmələr də aparılıb. Onlar iki ildə tarixi uğur qazandıqları Advokatı seçdiklərini bildiriblər.

Tarixində ilk dəfə DŞ-də iştirak edəcək Kurasao Almaniya, Kot-d’İvuar və Ekvadorla eyni qrupda mübarizə aparacaq./publika.az

Bizə qoşulun