Medianews.az
Soyuducu komediyaçının
85 baxış

Soyuducu komediyaçının üstünə aşdı - FOTOLAR

ABŞ-də məşhur komediyaçı Lora Kleri evdə baş verən qəza nəticəsində xəstəxanaya yerləşdirilib.

Medianews.az xəbər verir ki, o, mətbəxdə soyuducunu yerinə qaytarmağa çalışarkən ağır məişət texnikası üzərinə aşıb. 

Hadisə zamanı o, hərəkət edə bilməyib və nəfəs almaqda çətinlik çəkib. Zərərçəkən telefonla təcili yardım xidmətinə zəng edə bilib. Hadisə yerinə gələn xilasedicilər onu çətinliklə soyuducunun altından çıxarıblar və xəstəxanaya aparıblar.

Komediyaçı bildirib ki, hadisə zamanı ölüm təhlükəsi ilə üz-üzə qaldığını düşünüb və onu azad etmək üçün üç yanğınsöndürənin köməyi lazım olub.

Medianews.az

Bizə qoşulun