Musavat.com xəbər verir ki, xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı (Sevinc Osman qızı Mirzəyeva) Azərbaycan Baş Prokurorluğunun İstintaq Baş İdarəsinə çağırılıb.
Rəsmi məlumat İTV-də yayımlanıb. Bildirişə əsasən, təqsirləndirilən şəxs 1969-cu il təvəllüdlü Sevinc Mirzəyeva 20 noyabr 2025-ci il saat 16:00-da, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun inzibati binasına gəlməlidir.
Məlumata görə, Sevinc Osmanqızı istintaqdan yayınaraq ölkə hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi məqsədilə axtarış elan olunub.
Eyni tarixdə Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.