Medianews.az
Dünyada ən çox və ən az yatan
94 baxış

Dünyada ən çox və ən az yatan ölkələr açıqlandı

Dünyada aparılan araşdırmaya görə, insanların yuxu müddəti coğrafi mövqe, mədəni vərdişlər və gün batımına bağlı olaraq dəyişir.

Medianews.az-ın məlumatına görə, xüsusilə Avropa ölkələri erkən yatmaq və keyfiyyətli yuxu baxımından üstünlük təşkil edir, bəzi ölkələrdə isə gec yatmaq və qısa yuxu müddəti müşahidə olunur.

Ən çox yatan ölkələr:

  • Yeni Zelanda – 7 saat 27 dəq
  • Avstraliya – 7 saat 20 dəq
  • İsveç – 7 saat 15 dəq
  • Danimarka – 7 saat 14 dəq
  • Kanada – 7 saat 11 dəq

Ən az yatan ölkələr:

  • Yaponiya – 5 saat 52 dəq
  • Səudiyyə Ərəbistanı – 6 saat 2 dəq
  • Filippin – 6 saat 8 dəq
  • Tayvan – 6 saat 21 dəq
  • Honq Konq – 6 saat 39 dəq

Mütəxəssislər bildirir ki, yuxu müddətinə iş və həyat tempi, texnologiya istifadəsi, gün işığı miqdarı və mədəni vərdişlər böyük təsir göstərir. Daha keyfiyyətli yuxu üçün isə müntəzəm yuxu rejimi, yatmazdan əvvəl ekran vaxtının azaldılması, kofein və ağır qidalardan uzaq durmaq, rahat yuxu mühiti tövsiyə olunur.

Medianews.az

 

Bizə qoşulun