Medianews.az
Məşhur modelin məzarı açıldı, başı oğurlandı –
59 baxış

Məşhur modelin məzarı açıldı, başı oğurlandı – dəhşətli hadisə

Üç il əvvəl keçmiş sevgilisi tərəfindən qətlə yetirilən 29 yaşlı italyan model Pamela Genininin məzarı açılıb və başı kəsilərək oğurlanıb.

Medianews.az xəbər verir ki, hadisə 23 mart 2026-cı ildə Berqamodakı Strozza qəbiristanlığında qalıqların köçürülməsi zamanı üzə çıxıb.

Məlumata görə, modelin qalıqları müvəqqəti məzardan ailə qəbiristanlığına köçürülərkən tabutun təhqir olunduğu aşkarlanıb. Araşdırma zamanı tabutun vintlərinin çıxarıldığı, modelin başının kəsildiyi və iz qalmaması üçün tabutun silikonla yenidən möhürləndiyi müəyyən edilib.

Berqamo Prokurorluğunun apardığı istintaqa əsasən, ağır beton qapağın çıxarılması və prosesin gizli şəkildə həyata keçirilməsi nəzərə alınaraq, cinayətin ən azı 3-4 nəfər tərəfindən törədildiyi ehtimal olunur. Cinayətkarların məzarlığı əvvəlki vəziyyətinə qaytarmağa çalışdıqları, lakin boş vintlər və səhv düzülüş səbəbindən hadisənin üzə çıxdığı bildirilir.

Qeyd edək ki, Pamela Genini 2025-ci ilin oktyabr ayında Milandakı evində keçmiş sevgilisi tərəfindən bıçaqlanaraq qətlə yetirilmişdi. Hazırda hüquq-mühafizə orqanları qəbiristanlığın təhlükəsizlik kameralarını və ailəyə edilən əvvəlki təhdidləri araşdırır.

İtaliya hakimiyyəti “cəsədin təhqir edilməsi və oğurluq” maddələri ilə cinayət işi açıb və bu cinayətə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur. Hadisə ölkədə böyük rezonans doğurub.

Medianews.az

Bizə qoşulun