Medianews.az
Səudiyyə Ərəbistanında helikopter qəzası:
99 baxış

Səudiyyə Ərəbistanında helikopter qəzası: 14 ölü

Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində baş verən helikopter qəzasında 14 nəfər həyatını itirib.

Medianews.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerli vaxtla səhər saat 06:00 radələrində baş verib. Qəzaya uğrayan helikopterin Səudiyyə Ərəbistanının milli neft və qaz şirkəti olan Saudi Aramco-ya məxsus olduğu bildirilib.

Məlumata görə, həlak olanların hamısı Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.

Rəsmi qurumlar hadisənin səbəbinin hələlik məlum olmadığını, faktla bağlı araşdırmaların davam etdiyini açıqlayıblar.

Bizə qoşulun