Medianews.az
Serialdakı “donuz əti” səhnəsi gündəm oldu -
165 baxış

Serialdakı “donuz əti” səhnəsi gündəm oldu - VİDEO

Türkiyənin ATV kanalında yayımlanan “Eyni yağışın altında” serialının bəzi səhnələri gündəm olub.

Medianews.az xəbər verir ki, RTÜK üzvü İlhan Taşçı ilk iki bölümündə dini kimliklər və həyat tərzi üzərindən qarşılıqlı təhqir, təxribat xarakterli ifadələrin yer aldığını bildirib.

O, yayımlanan səhnələrlə bağlı araşdırma başlanmasını tələb edib. Taşçı müraciətində xüsusilə ikinci bölümdə ailə süfrəsində “qovrulmuş donuz əti”nin təqdim olunması zamanı baş verən mübahisəni diqqətə çatdırıb.

Onun sözlərinə görə, səhnədə dini dəyərlər üzərindən alçaldıcı ifadələr işlədilib.

RTÜK üzvü sözügedən bölümlərin müəyyən maddələrlə araşdırılmasını, həmçinin məsələnin Ali Şuranın gündəliyinə çıxarılmasını istəyib.

Məsələ ilə bağlı RTÜK-ün verəcəyi qərar gözlənilir.

Medianews.az

Bizə qoşulun