Medianews.az
Şərab niyə
76 baxış

Şərab niyə təhlükəlidir?

Narkoloq Andrey Tyurin hər gün az miqdarda belə şərab içməyin sağlamlıq üçün təhlükəli olduğunu bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, “az şərab faydalıdır” fikri yanlış və təhlükəli özünüaldatmadır.

Həkim qeyd edib ki, alkoqolun təhlükəsiz dozası yoxdur və şərab da digər spirtli içkilər kimi orqanizmə zərər verir. Tyurinin sözlərinə görə, şərabın tərkibində faydalı hesab olunan resveratrol maddəsi olsa da, onun miqdarı çox azdır, əvəzində isə etanol beynə, qaraciyərə, ürəyə və sinir sisteminə ciddi ziyan vurur.

Mütəxəssis bildirib ki, hər gün bir qədəh şərabla stressi azaltmağa çalışan insanlarda zamanla yaddaş zəifləyir, yuxu pozulur, təzyiq artır və asılılıq riski yüksəlir. O vurğulayıb ki, bu vərdiş sonradan alkoqol asılılığına çevrilə bilər.

Medianews.az

Bizə qoşulun