Medianews.az
Səhv kimlik: sağlam kişi 2 il
59 baxış

Səhv kimlik: sağlam kişi 2 il psixiatriya xəstəxanasında saxlandı - FOTOLAR

ABŞ-nin Havay adalarında sağlam bir kişi yanlışlıqla iki il psixiatriya xəstəxanasında saxlanıb. 

Medianews.az xəbər verir ki, 55 yaşlı evsiz Coşua Spristersbax 2017-ci ildə başqa bir şəxsin – Tomas Kaslberrinin adına verilmiş orderlə həbs olunub.

Heç bir psixi xəstəliyi olmayan Spristersbax məcburi şəkildə dövlət psixiatriya xəstəxanasına yerləşdirilib və iki il ərzində psixotrop dərmanlar qəbul etməyə məcbur edilib.

Məhkəmə iddiasında qeyd olunub ki, həkimlər, vəkillər və sosial işçilər onun barmaq izləri və fotolarına çıxış imkanına malik olsalar da, heç kim yoxlama aparmayıb. Qarışıqlıq 2011-ci ildə başlayıb: polis onu məktəb ərazisində yatarkən saxlayıb və adını soruşub. Spristersbax babasının soyadını – Kaslberri - deyib. Bu, köhnə orderin işə düşməsinə səbəb olub. Lakin Spristersbax məhkəmlərdə iştirak etmədiyi üçün onun işi ləğv olunub. 2015-ci ildə baş verənlərə bənzər hadisə təkrarlanıb. Barmaq izləri onun Kaslberri olmadığını təsdiqləsə də, məlumat bazası yenilənməyib. Nəticədə 2017-ci ildə yenidən həbs olunaraq psixiatriya xəstəxanasına göndərilib.

Yalnız 2020-ci ilin yanvarında psixiatrın təşəbbüsü ilə barmaq izləri yenidən yoxlanılıb və onun şəxsiyyəti təsdiqlənib. Spristersbax azadlığa buraxıldıqdan sonra ailəsi ilə birləşib, lakin bacısının sözlərinə görə, hələ də evdən çıxmaqdan qorxur.

Mart 2026-cı ildə Honolulu məhkəməsi ona 975 min dollar (təxminən 84 milyon rubl) kompensasiya ödənilməsini qərara alıb. Bundan əlavə, Spristersbax ştatdan əlavə 200 min dollar (təxminən 17 milyon rubl) ala bilər.

Medianews.az

Fotoda Coşua Spristersbax 

 

Fotoda Tomas Kaslberri

 

Bizə qoşulun