Medianews.az
İranda iki nəfəri insanların gözü önündə asdılar
102 baxış

İranda iki nəfəri insanların gözü önündə asdılar

İranda etiraz aksiyaları ilə bağlı müxtəlif ittihamlar əsasında edam cəzasına məhkum olunan iki nəfərin hökmü icra edilib.

Bu barədə “Mizan” agentliyi məlumat yayıb.

Bildirilib ki, Əbülfəzl Sipahi və Əmir Hüseyn Səfəri yer üzündə fitnə-fəsad törətmək, milli təhlükəsizliyə qarşı fəaliyyət göstərən qruplara üzv olmaq, ictimai asayişi pozmaq və dörd təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnən hadisələrdə iştirak etmək ittihamları ilə mühakimə olunublar.

Məhkəmənin çıxardığı edam hökmü İran Ali Məhkəməsi tərəfindən də təsdiqlənib. Hökm bu gün İsfahan şəhərində ictimaiyyət üçün açıq olan meydanda icra olunub./publika.az

Bizə qoşulun