Medianews.az
Goranboyda maşın arakəsməyə çırpılıb:
121 baxış

Goranboyda maşın arakəsməyə çırpılıb: Xəsarət alanlar var - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.

Bizə qoşulun