Medianews.az
Miqrant istəmir, əvəzində milyonlar ödəyəcək -
104 baxış

Miqrant istəmir, əvəzində milyonlar ödəyəcək - BU ÖLKƏ

Litva Avropa İttifaqının miqrantların bölüşdürülməsi mexanizmi çərçivəsində üzərinə düşən öhdəlikdən yayınmaq üçün 1,4 milyon avro ödəmək variantını nəzərdən keçirir.

Medianews.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mindauqas Sinkeviçyus bildirib.

Onun sözlərinə görə, hökumət hələ yekun qərar verməyib, lakin ödəniş variantını ciddi şəkildə qiymətləndirir.

Qeyd olunur ki, Litva hazırda Kiprdə olan 58 miqrantı qəbul etməyə hazırdır. Bununla yanaşı, ölkə hökuməti alternativ olaraq maliyyə ödənişi etməyi də müzakirə edir.

Medianews.az

Bizə qoşulun