Fransa Prezidenti Emmanuel Makron ölkədə baş verən meşə yanğınları ilə mübarizədə göstərdiyi yardıma, o cümlədən yanğınsöndürən təyyarələrin göndərilməsinə görə Türkiyəyə təşəkkür edib.
Emmanuel Makron "X" sosial şəbəkəsindəki səhifəsində "Təşəkkürlər, Türkiyə!", - deyə paylaşım edib.
Qeyd edək ki, Fransada irimiqyaslı meşə yanğınları davam edir. Jironda departamentində yanğın artıq 42 min hektar ərazini əhatə edib. Fəlakət zonasından 220 min nəfər təxliyə edilib, 84 yanğınsöndürən xəsarət alıb. Ümumilikdə ölkədə 13 566 yanğın ocağı qeydə alınıb, yanmış ərazilərin ümumi sahəsi isə 116 085 hektara çatıb.
Teşekkürler Türkiye! 🇹🇷 https://t.co/srr6UyPzqJ
— Emmanuel Macron (@EmmanuelMacron) July 28, 2026