Medianews.az
Hər il 37 milyon dollar gəlir
117 baxış

Hər il 37 milyon dollar gəlir əldə edir

NBA-də çıxış edən Türkiyənin milli basketbolçusu Alperen Şengün ailəsinə etdiyi bahalı hədiyyə ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, Alperen Şengün ailəsi üçün İstanbulun ən prestijli ərazilərindən biri olan Bebekdə lüks ev alıb. Məlumata görə, illik qazancı 37 milyon dollar olan 24 yaşlı idmançı uşaqlıqdan ona dəstək olan valideynlərinə bu sürprizi edib.

Digər tərəfdən, Alperen Şengün bir müddət əvvəl sosial şəbəkələrdən uzaqlaşdığını açıqlayıb. O bildirib ki, telefonundan bütün sosial media tətbiqlərini silib.

Basketbolçu əvvəllər mənfi rəylərin onu motivasiya etdiyini, lakin son vaxtlar bunun psixoloji durumuna mənfi təsir göstərdiyini deyərək bu addımı atdığını vurğulayıb.\\Axşam.az

Bizə qoşulun