Bir çox insan səhər yemək zamanı səhvlər edir və bu, sağlamlığa mənfi təsir göstərir.
Medianews.az xəbər verir ki, bu barədə diyetoloq Vanessa Leon deyib.
O açıqlayıb ki, portağal suyu, tam taxıl çörəyi və meyvədən ibarət səhər yeməyi qan şəkərinin kəskin artmasına səbəb olur və bir neçə saat sonra enerji dalğalanmalarına yol açır.
Leon tövsiyə edir ki, günə əvvəlcə yumurta, vetçina və pendir kimi proteinlə zəngin qidalar ilə başlamaq lazımdır, onları lifli tərəvəzlərlə birləşdirmək məsləhətdir.
Yalnız bundan sonra meyvə və şirniyyatlara keçilməlidir, çünki şəkər bu zaman mədədən daha yavaş qan dövranına daxil olur və qan şəkərinin səviyyəsi daha stabilləşir.
Medianews.az