Çinli tədqiqatçılar bəzi adi ədviyyatların, məsələn, zerdəçal, zəfəran, zəncəfil, qara istiot və çili bibəri, depressiya simptomlarını azalda biləcəyini müəyyən ediblər.
Medianews.az xəbər verir ki, nəticələr Frontiers in Nutrition jurnalında dərc olunub.
Müəlliflərin açıqlamasına görə, bu ədviyyatlar neyroprotektiv bioaktiv birləşmələr ehtiva edir və beyin sağlamlığına müxtəlif yollarla təsir göstərə bilər:
- Neyroiltihabı və oksidləşdirici stressi azaltmaq
- Neyrotransmitter metabolizmasını tənzimləmək
- Bağırsaq-beyin oxunu dəstəkləmək
- Neyroplastikliyi – beynin yeni əlaqələr yaratmaq qabiliyyətini – gücləndirmək
Ənənəvi antidepresanlardan fərqli olaraq, ədviyyatlar gündəlik qidalanma vasitəsilə kiçik dozalarda qəbul olunur, bu da onların nisbətən təhlükəsiz və çoxqatlı təsir göstərməsini təmin edir. Bununla belə, tədqiqatçılar dəqiq terapevtik dozalar və bioaktiv maddələrin mənimsənilməsi mövzusunda əlavə araşdırmaların lazım olduğunu vurğulayırlar.
Müəlliflər hesab edir ki, qidalanma və bitki komponentlərinin emosional vəziyyətə təsirini anlamaq depressiyanın qarşısını almaq və müalicəyə kömək etmək üçün yeni imkanlar açır.
Medianews.az