Anestezioloq David Kallexo yuxusuzluqdan əziyyət çəkənlərə corab geyinməyi tövsiyə edib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, rahat yatmaq üçün bədən temperaturunu aşağı salmaq vacibdir.
"Corab geyindikdə ayaqlarımızı örtürük və qan damarları genişlənir. Bu, istiliyi tez yaymağa və bədən temperaturunu aşağı salmağa imkan verir," – deyə həkim izah edib.
Kallexo həmçinin düzgün corab seçiminin vacib olduğunu vurğulayıb: sintetik və çox dar corablardan qaçmaq, əvəzinə təbii lifli və boş corablardan istifadə etmək tövsiyə olunur.
Medianews.az