Medianews.az
Dörd ərəb ölkəsindən Azərbaycana gəlmək tam sadələşdi
128 baxış

Dörd ərəb ölkəsindən Azərbaycana gəlmək tam sadələşdi

Gələn il fevralın 15-dək Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn vətəndaşları ölkəmizə 3 dəfə (hər gəlişdə 30 gün) vizasız gələ bilərlər. 4-cü dəfədə viza alınmalıdır.

Qayda bu il fevralın 15-də qüvvəyə minib.

Turizm eksperti Cəfər Qarayev Medianews.az-a deyib ki, 2016-cı ilin fevralından Körfəz ölkələrinin vətəndaşları Azərbaycana gələndə vizanı hava limanında alırdılar: “Yəni onlara sadələşdirilmiş viza rejimi tətbiq olunurdu. İndi səfər imkanları daha da sadələşdirilib. İldə üç dəfə vizasız gələ biləcəklər. Həmin ölkələrdə oturumu, müvəqqəti yaşamaq hüququ olanlar da Azərbaycana rahat gələ biləcəklər, çünki onlara sadələşdirilmiş vizanın tətbiqinə başlanıb, vizanı birbaşa ölkəmizin hava limanında alacaqlar”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun