Şri-Lankanın Matale rayonunda makakalar üçün 60 hektarlıq təcrid mərkəzi tikmək planı hazırlanıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, layihə problemli meymunları şəhərdən köçürməyi nəzərdə tutur.
Ətraf mühit müdafiəçiləri və primatoloqlar bu təşəbbüsü “ölüm düşərgəsi” adlandıraraq tənqid ediblər. Onlar bildirirlər ki, əsas səbəb insanların meymunları yemləməsi və meşələrin qırılmasıdır və davamlı həll yalnız davranış modifikasiyası və yaşayış mühitinin qorunması ilə mümkündür.
Medianews.az