Medianews.az
“Qəbələ”dən Hakimlər Komitəsinə etiraz -
98 baxış

“Qəbələ”dən Hakimlər Komitəsinə etiraz - VİDEO

Ötən gün Misli Premyer Liqasının 20-ci turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “Qəbələ” matçın baş hakimi Rauf Cabbarovun 87-ci dəqiqədə vurduqları qolu ləğv etməsi ilə bağlı etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, klubun sosial şəbəkə hesabında bununla bağlı paylaşım olunub. 

Paylaşımda bundan əvvəl də hakimlərin “Qəbələ” əleyhinə qərarlar verdiyi vurğulanıb: “Qəbələ” – “Sabah” oyununun 87-ci dəqiqəsində top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi monitora dəvət etdi. Hesab edirik ki, “Qəbələ”nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə ikinci belə hal idi.

Buna qədər Misli Premyer Liqasının 8-ci turunun “İmişli” – “Qəbələ” (2:2) oyununda baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 komandamızın xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərmədi. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi oldu. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf etdi. Bu isə artıq “Qəbələ”nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.

Rauf Cabarova gəlincə, 17-ci turda “Sabah”- “Karvan Yevlax” oyununda onun gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alınır. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov “Qəbələ”nin qolunu qeydə almır.
Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək”.

Bizə qoşulun