2026-cı ilin “ölkələr üzrə orta IQ” siyahısı yayımlanıb.
Medianews.az xəbər verir ki, araşdırma “Beynəlxalq İQ Testi” (“International IQ Test”) platforması tərəfindən aparılıb.
Bu ilin yanvar ayında yenilənən təhlil 2025-ci il ərzində eyni IQ testindən keçən 1 milyondan çox iştirakçının nəticələrinə əsaslanır. Qiymətləndirmə ən azı 100 iştirakçısı olan ölkələr arasında aparılıb.
Test Raven tipli abstrakt məntiq suallarından ibarət olub və bütün iştirakçılar eyni ölçülər üzrə qiymətləndirilib. Tədqiqatçılar bildirirlər ki, məlumatlar könüllü iştirakçılardan toplandığına görə siyahı ölkələrin ümumi əhalisini tam əks etdirmir.
Orta IQ-ya görə ilk 20 ölkə:
- Cənubi Koreya – 106.97
- Çin – 106.48
- Yaponiya – 106.3
- İran – 104.8
- Avstraliya – 104.45
- Rusiya – 103.78
- Sinqapur – 103.56
- Monqolustan – 102.61
- Yeni Zelandiya – 102.35
- Vyetnam – 102.26
- İspaniya – 102.24
- Kipr – 102.12
- Kanada – 102.09
- Birləşmiş Krallıq – 101.57
- Şri Lanka – 101.22
- Sloveniya – 101.15
- Belarus – 101.05
- ABŞ – 101.04
- Albaniya – 101
- İsveçrə – 100.84
Medianews.az