Medianews.az
“Xaç atası”nın Tom Hegeni dünyasını dəyişdi -
71 baxış

“Xaç atası”nın Tom Hegeni dünyasını dəyişdi - FOTO

Əfsanəvi “Xaç atası” filmində Tom Hegen rolu ilə yadda qalan və Oskar mükafatı sahibi olan amerikalı aktyor Robert Duvol 95 yaşında dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, o, həmçinin “Apokalipsis indi” filmində Albay Bill Kilgore obrazı ilə tanınıb.

Nüfuzlu kino xadimi Robert Duvol 70 ildən artıq karyerası ərzində bir çox dəyərli layihələrdə iştirak edib. Onun vəfatı Hollivud və kino ictimaiyyətində böyük üzüntü yaradıb.

Aktyorun həyat yoldaşı Luçiana Duvall sosial media hesabında paylaşdığı mesajla xəbəri təsdiqləyib: “Dünya üçün o bir Oscar mükafatı sahibi aktyor, rejissor idi. Mənim üçün isə hər şey idi”.

Medianews.az

 

 

Bizə qoşulun