“Mədə yanması yaşayan insanları vaxtında müayinədən keçməlidir”.
Medianews.az xəbər verir ki, bunu onkoloq Renata D'Alpino deyib.
Həkimin sözlərinə görə, mədə yanması çox vaxt qastroezofageal reflüksün əsas əlamətidir. Müalicə olunmadıqda isə vəziyyət daha ağır xəstəliklərə, o cümlədən xərçəngə yol aça bilər.
Mütəxəssis izah edib ki, mədə turşusunun qida borusuna davamlı şəkildə daxil olması iltihab yaradır. Bu proses zamanla Barrett qida borusu adlanan vəziyyətə səbəb ola bilər. Bu zaman hüceyrələrdə dəyişiklik baş verir və şişlərin yaranma riski 20 dəfədən çox artır.
Həkim mədə yanmasının tez-tez təkrarlanması halında mütləq qastroenteroloqa müraciət etməyi və müalicəni gecikdirməməyi tövsiyə edir.
Medianews.az