Rusiyanın Çukotka bölgəsində güclü qar fırtınası baş verib.
Medianews.az xəbər verir ki, qar burulğanının görüntüləri Baza Telegram kanalı tərəfindən yayımlanıb.
Anadır şəhərində qasırğavari külək bir neçə binanın dam örtüyünü, fasad hissələrini və reklam bannerlərini qoparıb, hətta zibil qutularını belə yerindən tərpədib. Yerli sakinlər güclü küləklərin küçədə hərəkəti çətinləşdirdiyini bildiriblər.
Çukotka Hidrometeorologiya Mərkəzi küləyin sürətinin saniyədə 35–40 metrə çata biləcəyi barədə xəbərdarlıq edib.
Medianews.az