Medianews.az
“Avroviziya 2026”:
88 baxış

“Avroviziya 2026”: hansı ölkələr seçim aparıb?

Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinə 35 ölkə qatılır.

Medianews.az bildirir ki, onların 17-si təmsilçisini müəyyən edib: Albaniya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Gürcüstan, Yunanıstan, İsrail, Latviya, Lüksemburq, Malta, Moldova, Monteneqro, İsveçrə, Ukrayna, Böyük Britaniya.

Birinci yarımfinala (12 may) Belçika, Estoniya, Finlandiya, Gürcüstan, Xorvatiya, İsrail, İsveç, Litva, Moldova, Monteneqro, Polşa, Portuqaliya, San Marino, Serbiya, Yunanıstan, ikinci yarımfinala (14 may) Albaniya, Avstraliya, Azərbaycan, Bolqarıstan, Çexiya, Danimarka, Ermənistan, İsveçrə, İtaliya, Kipr, Latviya, Lüksemburq, Malta, Norveç, Rumıniya, Ukrayna düşüb.

Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya yarışa finalda (16 may) qoşulacaq.

İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Azərbaycan 17 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyiblər.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun