Diyetoloq Aleksandr Lerits səhər içilən qəhvədən sonra yaranan yuxululuğun səbəbini izah edib.
Medianews.az bildirir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Onun sözlərinə görə, kofein beyində yuxululuğu tənzimləyən adenozin maddəsinin təsirini müvəqqəti bloklayır. Lakin kofeinin təsiri keçdikdən sonra adenozin yenidən aktivləşir və bu da insanda yorğunluq hissinin güclənməsinə səbəb olur.
Mütəxəssis bildirib ki, bu hal xüsusilə az yatan insanlarda daha çox müşahidə olunur. Onun sözlərinə görə, qəhvə yorğunluğu yalnız müvəqqəti gizlədir, lakin əsas səbəbi aradan qaldırmır.
Diyetoloq əlavə edib ki, həddindən artıq qəhvə istifadəsi və qeyri-sağlam həyat tərzi də gün ərzində yuxululuğu artıra bilər.
Medianews.az