Medianews.az
Sedat Peker 55 yaşını Dubayda ailəsi ilə qeyd etdi –
107 baxış

Sedat Peker 55 yaşını Dubayda ailəsi ilə qeyd etdi – “Boz Qurd” jesti diqqət çəkdi

Bir müddətdir Birləşmiş Ərəb Əmirliklərində yaşayan Sedat Peker 55 yaşını ailə üzvləri ilə birlikdə Dubayda qeyd edib.

Medianews.az xəbər verir ki, ad günü şənliyindən görüntülər Sedat Pekerin həyat yoldaşı Özge Peker tərəfindən sosial şəbəkədə paylaşılıb.

Kadrlarda Sedat Peker, həyat yoldaşı və uşaqları ad günü tortunun qarşısında birlikdə poza verirlər. Diqqət çəkən məqamlardan biri isə ailə üzvlərinin “Boz Qurd” əl işarəsi göstərməsi olub. Tort da həmin jestin müşayiəti ilə kəsilib.

Şənlik zamanı səsləndirilən musiqi seçimi də müzakirələrə səbəb olub. Belə ki, ad günü fonunda türkiyəli sənətçi Ali Kınıkın “Kurtlar Sofrası” mahnısı səsləndirilib.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Medianews.az

Bizə qoşulun