Medianews.az
Səbaildə səhərdən başlayan yanğın davam edir:
127 baxış

Səbaildə səhərdən başlayan yanğın davam edir: Külək alovu ətrafa yayır

Səbail rayonunda açıq ərazidə yanğın baş verib.

Medianews.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Vətəndaşların sözlərinə görə, yanğın bu gün səhər saat 09 radələrində başlayıb və hələ də söndürülməyib.

İddia olunur ki, güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur. Bu isə yanğının miqyasını daha da artırır.

Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri əraziyə çatmağa çalışsa da, Badamdar yolu istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən hadisə yerinə daxil olmaqda çətinlik çəkirlər.

Bizə qoşulun