Medianews.az
Salahı bu paylaşıma görə
357 baxış

Salahı bu paylaşıma görə tənqid etdilər

Liverpul” və Misir millisinin futbolçusu Məhəmməd Salah Milad bayramı ilə bağlı paylaşıma görə tənqid olunub.

Medianews.az xəbər verir ki, paylaşım hücumçunun X sosial media səhifəsində yer alıb.

Salah qızlarının Milad ağacının altında oturmuş şəklini paylaşıb. Futbolçu paylaşıma #MerryChristmas heşteqini əlavə edib.

Bəzi izləyicilər paylaşımın altındakı şərhlərdə idmançını tənqid ediblər. "Düşündüm ki, dinimizdə qadağan olunmuş bir bayramı qeyd etməzsən", "Qardaş, öz xatirinə Allahdan qorx - sən müsəlmansan. Heç xristianların Qurban bayramını və ya Fitr bayramını qeyd etdiyini görmüsənmi?” kimi şərhlər yer alıb.

Salah ardıcıl ikinci ildir ki, izləyicilərinin Milad bayramını təbrik edir. 2024-cü ildə futbolçu həmçinin sosial media istifadəçilərin tənqidləri ilə üzləşib.

Medianews.az

Bizə qoşulun