Qastroenteroloq Anastasiya Qostrous sağlam həzm sistemi üçün faydalı səhər yeməyi variantlarını açıqlayıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, səhər yeməyi mütləq isti, balanslı və mədə-bağırsaq sisteminə zərər verməyəcək şəkildə olmalıdır.
Tövsiyə olunan menyular:
Tam dənli sıyıqlar – yulaf, qarabaşaq və ya darı sıyığı.
Yumurtalı yeməklər – buxarda hazırlanmış omlet və ya qaynadılmış yumurta, tərəvəzlərlə birlikdə.
Tam dənli tost – üzərinə avokado, az duzlu balıq və az yağlı pendir əlavə edilə bilər.
Təbii kəsmik – banan və ya sobada bişmiş alma ilə birlikdə.
Həkim əlavə edib ki, qəhvəyə vərdiş edənlər onu yeməkdən sonra içməlidirlər. “Unutmayın: ən faydalı məhsul belə, yanlış vaxtda və uyğun olmayan kombinasiya ilə qəbul edilərsə, zərərli ola bilər”, – deyə Qostrous vurğulayıb.
Medianews.az