Medianews.az
Ukrayna Rusiyanın neft obyektlərinə
99 baxış

Ukrayna Rusiyanın neft obyektlərinə zərbə endirdi

Ukrayna ordusu gecə saatlarında Rusiya ərazisində yerləşən bir sıra strateji obyektlərə uzaqmənzilli zərbələr endirib.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, Rostov vilayətində cəbhə xəttindən təxminən 250 kilometr aralıda yerləşən ixrac terminalı vurulub:

“Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərinə də zərbələr endirilib. Bu obyektlər Ukrayna dövlət sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşir”.

Zelenski qeyd edib ki, bu əməliyyatlar Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını azaltmağa yönəlmiş uzaqmənzilli zərbə planının tərkib hissəsidir.

Ukrayna lideri uğurlu əməliyyata görə Müdafiə Qüvvələrinin hərbçilərinə təşəkkür edərək bildirib ki, bu cavab tədbirləri müharibəni Rusiyanın öz ərazisinə qaytarır, nəticədə ədalətli sülh üçün imkan yaradır.\\Teleqraf

Bizə qoşulun