Yaponiyanın tanınmış detektiv roman müəllifi Keyqo Hiqaşino 68 yaşında vəfat edib.
Bu barədə "The Yomiuri Shimbun" məlumat yayıb.
Bildirilib ki, yazıçı yoğun bağırsaq xərçəngindən dünyasını dəyişib.
Keyqo Hiqaşino müasir yapon detektiv ədəbiyyatının aparıcı simalarından biri hesab olunurdu. O, xüsusilə "Detective Galileo" roman silsiləsinə daxil olan "The Devotion of Suspect X" ("Şübhəli X-in Sədaqəti") əsəri ilə beynəlxalq şöhrət qazanmışdı.
Hiqaşinonun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, bir sıra romanları isə film və televiziya ekranlaşdırmalarına mövzu olub.