Medianews.az
Dünyanın ən balaca atı -
98 baxış

Dünyanın ən balaca atı - VİDEO/FOTO

Almaniyada yaşayan Pumukel adlı şetland poni 52,6 santimetr boyu ilə dünyanın ən alçaqboy canlı erkək atı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Medianews.az xəbər verir ki, sahibəsi Karola Vaydemann bildirib ki, poni rekorda görə deyil, insanlara sevinc bəxş etdiyi üçün onun dəyərlidir.

Mütəxəssislərin fikrincə, Pumukelin qeyri-adi boyu nadir genetik xüsusiyyətlə bağlıdır və bu, süni seleksiyanın nəticəsi deyil.

Kiçik ölçüsünə baxmayaraq, poni tam sağlamdır, sərbəst qaçır, oynayır və digər atlar kimi normal həyat sürür.

Rekorddan sonra Pumukel Almaniyada məşhurlaşıb, televiziya verilişlərinə dəvət alıb. Bununla yanaşı, o, terapiya atı kimi qocalar evlərində, məktəblərdə, hospislərdə və əlilliyi olan şəxslərə dəstək mərkəzlərində insanlarla görüşərək onların mənəvi dəstəyinə çevrilir.

Medianews.az

Bizə qoşulun