Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.
Medianews.az xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.
Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub.//Oxu.Az