Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Sabah"ın köməkçi məşqçisi Valerio Zuddası "Qarabağ"la keçirilən Azərbaycan Premyer Liqasının XXII tur oyununda etdiyi qeyri-etik jestə görə cəzalandırmayıb.
Bunun səbəbi kimi komitənin sədri Erkin Hüseynov görüşün hakimlər briqadası və AFFA nümayəndələri tərəfindən müvafiq protokolda yazılmamasını göstərib.
Teleqraf-a istinadən həmin insidentin videogörüntüsünü təqdim edirik.