Medianews.az
"Sabah" TNS komandasını
119 baxış

"Sabah" TNS komandasını məğlub edib

"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Medianews.az bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"da baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

Bizə qoşulun