Medianews.az
Şağan qəsəbəsində güclü yanğın
123 baxış

Şağan qəsəbəsində güclü yanğın söndürülüb

Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın söndürülüb.

Medianews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər yanğından mühafizə olunub

Bizə qoşulun