Medianews.az
Ronaldodan sonra bütün dünya onun oyununu gözləyir
122 baxış

Ronaldodan sonra bütün dünya onun oyununu gözləyir

Bu gün 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq. Günün ilk qarşılaşmasında Lionel Messinin liderlik etdiyi son dünya çempionu Argentina Məhəmməd Salahın kapitanı olduğu Misirlə üz-üzə gələcək.

Gecənin ikinci duelində isə İsveçrə və Kolumbiya son dörddəbirfinal vəsiqəsi uğrunda mübarizə aparacaq. Qaliblər iyulun 11-də keçiriləcək sonuncu 1/4 final matçında qarşılaşacaqlar.

WhatsApp Image 2026-07-07 at 13.35.38.jpeg (161 KB)

Argentina - Misir qarşılaşması saat 20:00-da start götürür.

Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldonun Portuqaliyasının İspaniya qarşısında son dəqiqələrdə buraxdığı qolla turnirlə vidalaşması Messi üzərində diqqətləri birəon qat artırıb. Bu görüş təkcə 1/4 final uğrunda mübarizə deyil, həm də iki futbol əfsanəsinin - Lionel Messi ilə Məhəmməd Salahın növbəti böyük səhnədə qarşılaşmasıdır. Turnirin əvvəlindən bəri yüksək məhsuldarlıq nümayiş etdirən Messi komandasını yenidən çempionluğa aparmağa çalışır. Salah isə Misir futbol tarixində ilk dəfə komandasını dünya çempionatının belə dərin mərhələsinə çıxarmaq istəyir.

WhatsApp Image 2026-07-07 at 13.35.36.jpeg (210 KB)

Ölkələrin bu günə qədər keçdikləri mundial yoluna nəzər salaq:

Argentina turnirə favoritlərdən biri kimi başlayıb və bunu meydanda da sübut edib. Qrup mərhələsində Əlcəzair üzərində inamlı qələbə qazandı. Amma Avstriya qarşısında çətin anlar yaşadı, lakin yenə də qalib gəlməyi bacardı. Son qrup oyununda isə İordaniya üzərində növbəti uğurunu əldə edib. Komanda J qrupunun lideri kimi pley-offa yüksəlib. 1/16 finalda isə hamının asan qələbə gözlədiyi Yaşıl Burun Adaları (Kabo-Verde) ilə dramatik duel yaşanıb.

Afrika təmsilçisi Argentinaya ciddi müqavimət göstərsə də, Messi və komanda yoldaşları 3:2 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqə əldə ediblər. Bu görüş Argentinanın turnirdə indiyədək ən çətin sınağı hesab olunur.

Afrika təmsilçisi intizamlı müdafiəsi və əks-hücum futbolu sayəsində qrupdan çıxmağı bacarıb.Xüsusilə, İranla oyunun son dəqiqələrində buraxdıqları qol sayəsində şok vəziyyətinə düşsələr də, sonradan bu qolun ləğv edilməsinin misirlilərə həyat verdiyini yəqin ki, hələ uzun müddət dünya futbolu unutmayacaq. 1/16 finalda isə Misir Avstraliya ilə qarşılaşıb. Əsas və əlavə vaxt 1:1 başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan misirlilər tarix yazaraq 1/8 finala yüksəliblər. Bu, Misir futbolu üçün ən uğurlu dünya çempionatlarından biridir.

Argentinanın baş məqçisi Lionel Skaloni Kabo Verde şokunu hələ tam adlatmayıb. O, oyundan əvvəl bildirib ki, bu mundial favoritlərin ardıcıl büdrədiyi turnirdir və heç bir rəqibə yuxarıdan baxmaq olmaz.

FyzUYB8ETck4vMdzJJIWomMF21dmD1DPsjDyieYu_1200.jpg (210 KB)

İsveçrə - Kolumbiya qarşılaşması isə 00:00-da başlayır.

Kağız üzərində bəlkə də günün ən balanslı qarşılaşmasıdır. Hər iki komanda turnirin ən intizamlı kollektivləri sırasında göstərilir və kiçik detallar oyunun taleyini həll edə bilər.

İsveçrə B qrupunda Kanada, Bosniya və Herseqovina və Qətərlə mübarizə aparıb. Avropa təmsilçisi sabit çıxışı sayəsində pley-offa yüksəlib. 1/16 finalda isə Əlcəzairlə qarşılaşıb və 2:0 hesablı inamlı qələbə qazanaraq 1/8 finala yüksəlib. Komanda turnirdə müdafiə etibarlılığı ilə seçilir.

Kolumbiya isə K qrupunda Portuqaliya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə mübarizə apararaq növbəti mərhələyə çıxıb. 1/16 finalda Afrika təmsilçisi Qananı minimal hesabla məğlub edib. Kolumbiya indiyədək turnirin ən az qol buraxan komandalarından biri kimi diqqət çəkir. Möhkəm müdafiə və sürətli hücum keçidləri onların əsas üstünlükləridir.

Z8PPAlkB9yabpewSvsqDjKO5doGvsTU6hIy2oaTq_1200.jpg (37 KB)

Oyunun əsas açar məqamları bunlardır:

İsveçrə nizam-intizamlı müdafiəsi, hava toplarında üstünlüyü, standart vəziyyətləri ilə seçilir.

Kolumbiya isə texnikalı yarımmüdafiəsi, sürətli cinah oyunçuları, fərdi ustalıq hesabına epizod yaratmaq bacarığı ilə diqqət çəkir. Bu qarşılaşmanın əlavə vaxta və hətta penaltilər seriyasına qədər uzana biləcəyi ehtimalları yüksək görünür.

Bu günün əsas ulduzları heç şübhəsiz ki, Lionel Messi və Məhəmməd Salahdır. Onların sırasına Lautaro Martinesi, (Argentina), Qranit Cakanı (İsveçrə), Luis Diası (Kolumbiya) və Xames Rodrigesi (Kolumbiya) də qatmaq olar.

WhatsApp Image 2026-07-07 at 13.35.38 (1).jpeg (195 KB)

Bu oyunlarla bağlı maraqlı faktlar da mövcuddur.

Argentina ardıcıl ikinci dəfə dünya çempionu olmaq uğrunda mübarizəni davam etdirir. Messi bu mundialda yenə də komandasının əsas lideridir və turnirin ən məhsuldar futbolçuları sırasında yer alır. Misir isə tarixində ilk dəfə dünya çempionatının bu mərhələsində belə böyük sensasiya yaratmaq fürsəti qazanıb.

İsveçrə son illərdə böyük turnirlərdə sabit nəticələri ilə seçilir. Kolumbiya isə turnirin ən etibarlı müdafiə xəttinə malik kollektivlərdən biri hesab olunur.//musavat.com

Bizə qoşulun