Medianews.az
Rusiyada qəza: Uşaqları daşıyan
159 baxış

Rusiyada qəza: Uşaqları daşıyan avtobus xəndəyə düşdü 

Rusiyada gənc idmançıları daşıyan avtobus xəndəyə düşüb.

Medianews.az xəbər verir ki, hadisə 21 dekabrda, Leninqrad vilayətində baş verib. 

Məlumata görə, "QAZelle" markalı avtobusun sürücüsü idarəetməni itirib. Hadisə yerinə polis və təcili yardım xidmətləri cəlb olunub. Heç kim xəsarət almayıb.

Avtobusda döyüş yarışına gedən gənc idmançılar olub. İlkin hesablamalara görə, avtobusda yeddi uşaq və bir müşayiətçi olub.

Medianews.az

Bizə qoşulun