Medianews.az
Rusiyada qaz sızması:
79 baxış

Rusiyada qaz sızması: Müəllim və 14 şagird zəhərləndilər

Rusiyanın Omsk vilayətinin Tara şəhərində boru kəməri işləri zamanı qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.

Bu barədə bölgənin qubernatoru Vitali Xotsenko açıqlama verib.

Məlumata görə, qaz sızması zamanı yaxınlıqda ekskursiyada olan məktəblilər zərər görüblər.

Regional prokurorluq qazdan ümumilikdə 15 nəfərin zəhərləndiyini bəyan edib. Bunlardan 14-ü şagird, biri müəllimdir.

Yeddi nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərlərinə ambulator yardım göstərilib.//Oxu.Az 

Bizə qoşulun