Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnodar vilayətinin səhiyyə naziri Yevgeni Filippovu saxlayıb.
Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Qeyd edilib ki, Yevgeni Filippov xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Bu, onun və ailə üzvlərinin, yaxınlarının qeyri-qanuni varlanmasına səbəb olub./oxu.az