Bu il Rusiya parlamentinin (Federal Məclis) aşağı palatasına – Dövlət Dumasına növbəti seçkilər keçiriləcək.
Səlahiyyət müddəti beş il olan aşağı palataya seçkilər sentyabrın 18-20-nə təyin olunub.
Medianews.az bildirir ki, qanunverici orqana düşmək üçün yarışan partiyaların 5-i indiki Dumada təmsil olunur.
Sabiq prezident, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev sədrlik etdiyi hakim Vahid Rusiya Partiyası Dövlət Dumasında 310 nəfərlə üstün mövqedədir.
Kommunist Partiyasının 56, Ədalətli Rusiya Partiyasının 27, Liberal Demokrat Partiyasının 22, Yeni Adamlar Partiyasının 15 mandatı var.
450 yerlik Dumanın 225 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə), 225 üzvü majoritar sistemlə (dairələr) üzrə seçilir.
Hazırda 16 yer boşdur.
4 mandatı fraksiyasız deputatlar daşıyır.
Seçki yarışına qatılmış qalan əsas 6 siyasi qüvvə bunlardır:
Yabloko (Birləşmiş Demokrat) Partiyası
Pensiyaçılar Partiyası
Rusiya Kommunistləri Partiyası
Yaşıllar Partiyası
Vətən Partiyası
Birbaşa Demokratiya Partiyası.
Proporsional sistemlə mandat almaq üçün etibarlı səslərin azı 5 faizini qazanmaq tələb olunur. Majoritar sistemdə nisbi səs çoxluğu kifayət edir.
Yuxarı palataya – Federasiya Şurasına ölkənin hər subyektindən 2 nəfər və prezidentin təyin etdiyi şəxslər daxildir.
Ölkəyə Vladimir Putin prezidentlik eləyir.
1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin olunub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir postunu tutub. 2012, 2018 və 2024-сü illərdə prezident mandatı alıb.
Toğrul Əli,
Medianews.az