İtaliyanın "Roma" klubu yay "transfer pəncərəsi"ndə "Marsel"in (Fransa) hücumçusu Meyson Qrinvudu heyətinə qatmaq üçün mübarizə aparır.
Medianews.az "Report"a istinadən xəbər verir ki, yaxın günlərdə klublar arasında danışıqlar baş tutacaq.
Fransa klubunun rəhbərliyi 24 yaşlı ingiltərəli hücumçu üçün ən azı 50 milyon avro əldə etmək niyyətindədir. M.Qrinvudun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir. Forvard 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 45 matçda 26 qol vurub, 11 məhsuldar ötürmə edib.