“Real Madrid”də oynayan Türkiyə milli futbolçusu Arda Gülərə qarşı nifrət dolu şərhlərin arxasında türk “Barselona” azarkeşi olduğu iddia edilir.
Medianews.az xəbər verir ki, futbolçu haqqında nifrət dolu paylaşımlar X platformasında edilib.
Hesab gənc futbolçunun oyununu daim tənqid edir və təhqiramiz ifadələr istifadə edir. İddia sürətlə yayıldıqdan sonra türk futbol azarkeşləri arasında təəccüb və geniş müzakirələrə səbəb olub.
Rəsmi açıqlama verilməsə də, sosial mediada müzakirələr davam edir.
Medianews.az