İspaniyanın nəhəng klubu Real Madrid gənc futbolçusu Sesar Palasios ilə yollarını ayırmağa hazırlaşır.
Madrid təmsilçisi yay transfer pəncərəsində 21 yaşlı yarımmüdafiəçi ilə vidalaşmağı planlaşdırır. Klub rəhbərliyi bu addımı futbolçunun əsas heyətdə kifayət qədər oyun təcrübəsi qazana bilməməsi ilə əsaslandırır.

Bununla belə, “Kral klubu” oyunçunun gələcək inkişafını nəzərə alaraq müqaviləyə geri satınalma (buy-back) maddəsi əlavə etməyi düşünür.
Qeyd edək ki, Sesar Palasios cari mövsümdə əsas komandada cəmi 4 matçda forma geyinib. Gənc futbolçuya İspaniya və İtaliyanın bir neçə klubunun maraq göstərdiyi bildirilir./milli.az/